Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 16 iyul 2025-ci il tarixdə Boyat kəndində səyyar qəbul keçirib
16 iyul 2025 | 15:40
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 16 iyul 2025-ci il tarixdə rayonun Boyat kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Boyat və Bağban kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.






