Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 16 oktyabr 2024-cü il tarixdə Ənvər Məmmədxanlı kəndində səyyar qəbul keçirib
16 oktyabr 2024 | 16:45
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 16 oktyabr 2024-cü il tarixdə rayonun Ənvər Məmmədxanlı kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Ənvər Məmmədxanlı, Yuxarı Çiyni və Türkəci kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.