Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 17 iyul 2024-cü il tarixdə Rəstəcə kəndində səyyar qəbul keçirib
17 iyul 2024 | 16:14
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 17 iyul 2024-cü il tarixdə rayonun Rəstəcə kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Qarabörk, Rəstəcə və Gəraybəyli kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.