Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 21 iyun 2024-cü il tarixdə Bağban kəndində səyyar qəbul keçirib
21 iyun 2024 | 14:57
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 21 iyun 2024-cü il tarixdə rayonun Bağban kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Boyat və Bağban kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.