Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 22 avqust 2025-ci il tarixdə Qazıqumlaq kəndində səyyar qəbulu keçirilmişdir
22 avqust 2025 | 16:00
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 22 avqust 2025-ci il tarixdə Qazıqumlaq kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Qazıqumlaq və Məlikballı kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.






