Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 22 oktyabr 2025-ci il tarixdə Yuxarı Şilyan kəndində səyyar qəbul keçirib
22 oktyabr 2025 | 15:00
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 22 oktyabr 2025-ci il tarixdə rayonun Yuxarı Şilyan kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Yuxarı Şilyan kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.






