Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov 24 may 2023-cü il tarixdə Ənvər Məmmədxanlı kəndində səyyar qəbul keçirib

24 may 2023 | 16:17

          Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 24 may 2023-cü il tarixdə rayonun Ənvər Məmmədxanlı kəndində səyyar qəbul keçirmişdir.

          Səyyar qəbulda Ənvər Məmmədxanlı, Yuxarı Çiyni və Türkəci kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.

          Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.

Keçidlər