Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun 07 yanvar 2026-cı il tarixində Şahlıq kəndində səyyarı qəbulu keçirilib
07 yanvar 2026 | 14:27
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 07 yanvar 2026-cı il tarixdə rayonun Şahlıq kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Əlikənd, Ramal və Şahlıq kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.






