Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun 10 dekabr 2025-ci il tarixdə Alpı kəndində səyyar qəbulu keçirilib
10 dekabr 2025 | 16:04
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 10 dekabr 2025-ci il tarixdə rayonun Alpı kəndində səyyar qəbulu keçirilmişdir.
Səyyar qəbulda Quləbənd, Alpı və Bağırbəyli kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.






