Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun 12 aprel 2023-cü il tarixdə Quləbənd kəndində səyyar qəbulu keçirilib
12 aprel 2023 | 16:38
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 12 aprel 2023-cü il tarixdə rayonun Quləbənd kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Quləbənd, Alpı və Bağırbəyli kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.