Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun 20 may 2024-cü il tarixdə Qazyan kəndində səyyar qəbulu keçirilib
20 may 2024 | 15:13
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 20 may 2024-cü il tarixdə rayonun Qazyan kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Qazyan kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.