Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun 23 may 2025-ci il tarixdə Bərgüşad kəndində səyyarı qəbulu keçirildi

23 may 2025 | 16:01

          Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 23 may 2025-ci il tarixdə rayonun Bərgüşad kəndində səyyar qəbul keçirmişdir.

          Səyyar qəbulda Bərgüşad kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.

          Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.

          Səyyar qəbuldan sonra Mənsur Məmmədov Bərgüşad kəndində kümçülərlə söhbət apararaq problemləri ilə maraqlanmışdır. İpək qurdlarının saxlanma şəraiti ilə tanış olaraq kümçülərə tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər