Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Alpout kəndində səyyarı qəbulu keçirildi
27 oktyabr 2022 | 16:55
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 27 oktyabr 2022-ci il tarixdə rayonun Alpout kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Alpout kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.