Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Çiyni kəndində səyyarı qəbulu keçirilib
10 avqust 2022 | 16:37
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 10 avqust 2022-ci il tarixdə rayonun Çiyni kəndində (Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Qaradağlı və Çiyni kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.