Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Ənvər Məmmədxanlı kəndində səyyarı qəbulu keçirilib
08 iyun 2022 | 17:10
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 08 iyun 2022-ci il tarixdə rayonun Ənvər Məmmədxanlı kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Ənvər Məmmədxanlı kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.