Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Məlikballı kəndində səyyarı qəbulu keçirilib
24 avqust 2022 | 16:55
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 24 avqust 2022-ci il tarixdə rayonun Məlikballı kəndində (Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Qazıqumlaq və Məlikballı kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.