Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Qazıqumlaq kəndində səyyar qəbulu keçirildi
05 aprel 2023 | 16:31
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 05 aprel 2023-cü il tarixdə rayonun Qazıqumlaq kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Qazıqumlaq və Məlikballı kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.