Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Quləbənd kəndində səyyar qəbulu keçirilmişdir
08 aprel 2024 | 15:13
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov rayonun Quləbənd kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Quləbənd, Alpı və Bağırbəyli kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.