Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Yuxarı Çiyni kəndində səyyarı qəbulu keçirildi
12 oktyabr 2022 | 15:28
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 12 oktyabr 2022-ci il tarixdə rayonun Yuxarı Çiyni (Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Ənvər Məmmədxanlı, Yuxarı Çiyni və Türkəci kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.