Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Yuxarı Şilyan kəndində səyyarı qəbulu keçirilib
22 iyun 2022 | 16:53
Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 22 iyun 2022-ci il tarixdə rayonun Yuxarı Şilyan kəndində səyyar qəbul keçirmişdir.
Səyyar qəbulda Yuxarı Şilyan kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılmışdır.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak etmişdir.