Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyəti yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iştirakı ilə tədbir keçirildi

25 aprel 2025 | 12:30

          25 aprel 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığı ilə mübarizə” mövzusunda tədbir keçirilib.

          Tədbiri Ucar Rayon İcra Hakimiyyəti yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Aidə Qəhrəmanova açaraq monitorinq qrupunun həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi.

          Tədbirdə Ucar şəhər 1 nömrəli texniki humanitar fənlər təmayüllü məktəb liseyin psixoloqu Sədaqət Soltanova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Ofeliya Əşrəfova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov, Ucar Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə profilaktiki qrupun inspektoru Sahil Məmmədli, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin ümumi şöbəsinin müdiri Abdulla Novruzov, Ucar Rayon İcra və Probasiya Şöbəsinin rəisi Rahim Mustafayev mövzu ətrafında çıxış etdilər.

Keçidlər