Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyəti yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iştirakı ilə tədbir keçirildi

30 sentyabr 2025 | 16:50

          30 sentyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığı ilə mübarizə” mövzusunda tədbir keçirilib.

          Tədbiri Ucar Rayon İcra Hakimiyyəti yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Aidə Qəhrəmanova açaraq monitorinq qrupunun həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun müdiri Rahib Bürcəliyev, Ucar Rayon Prokurorunun böyük köməkçisi Cabir Qurbanlı, Ucar Rayon Polis Şöbəsinin əməkdaşı Xəqani Vahidov, Ucar şəhər 1 nömrəli texniki humanitar fənlər təmayüllü məktəb liseyin psixoloqu Sədaqət Soltanova, Ucar şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Ofeliya Əşrəfova mövzu ətrafında çıxış etdilər.

Keçidlər