Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətində 15 may “Beynəlxalq Ailə Günü” ərəfəsində maarifləndirici tədbir keçirilmişdir

07 may 2024 | 12:50

         07 may 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı 15 may “Beynəlxalq Ailə Günü” ərəfəsində maarifləndirici tədbir keçirilmişdir

         Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq qeyd etdi ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Təsadüfi deyil ki, hər il may ayının 15-i dünyada təntənə ilə qeyd olunan və insanların diqqətini ailə problemlərinin həllinə bir daha yönəltmək məqsədi daşıyan Beynəlxalq Ailə Günü münasibətilə respublikamızda da silsilə tədbirlər həyata keçirilir. 

         Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir. Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. 

         Tədbirdə şəhid anası Şahnaz Ələkbərova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun metodisti Yeganə Süleymanova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar şəhər 1 nömrəli məktəb-liseyin psixoloqu Sədaqət Soltanova, Ucar şəhər 4 nömrəli tam orta məktəbin psixoloqu Aytac Bayramlı mövzu ətrafında çıxış etdilər.

Keçidlər