Ucar Rayon İcra Hakimiyyətində 15 may “Beynəlxalq Ailə Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir
15 may 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı 15 may “Beynəlxalq Ailə Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir
Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məlahət Hüseynova açaraq qeyd etdi ki, hər il may ayının 15-i dünyada təntənə ilə qeyd olunan və insanların diqqətini ailə problemlərinin həllinə yönəltmək məqsədi daşıyan “Beynəlxalq Ailə Günü” ərəfəsində respublikamızda, eləcə də rayonumuzda silsilə tədbirlər həyata keçirilir. Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb bə bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir.
Tədbirdə Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu Ofelya Əşrəfova, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin baş kitabxanaçısı Aysel Vəzirova, Ucar Rayon Tarix-Miyarşünaslıq Muzeyinin baş fond mühafizi Kəmalə Hacıyeva mövzu ətrafında çıxış etdilər.
#AiləmizƏnGüclüDəyərimiz






