Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndinin icrasına uyğun olaraq səhiyyə işçiləri, daxili işlər, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün maarifləndirmə tədbiri keçirildi

27 noyabr 2023 | 16:04

          27 noyabr 2023-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.1.-ci və 12.2.4.-cü bəndlərinin icrası ilə bağlı tədbir keçirilib.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorunun əməkdaşları iştirak edib.

          Tədbiri Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri, Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq monitorinq qrupunun həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi.

          Tədbirdə Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Rayon Polis şöbəsində Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Xəqani Vahidov, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə ümumi şöbənin müdiri Abdulla Novruzov, Ucar şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Ofelya Əşrəfova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov mövzu ətrafında çıxış ediblər.

Keçidlər