Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı”nın müvafiq bəndinin icrasına uyğun olaraq səhiyyə işçiləri, daxili işlər, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

20 noyabr 2024 | 16:36

          20 noyabr 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.4.-cü bəndinin icrası ilə bağlı tədbir keçirilib.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşları iştirak etmişlər.

          Tədbiri Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvü, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə açaraq monitorinq qrupunun həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi.

          Tədbirdə Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Ülvi Cəbrayılzadə, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşı Coşqun Qasımov və Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Azad Hüseynov mövzu ətrafında çıxış etdilər.

Keçidlər