Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar tədbir keçirildi.

24 aprel 2024 | 10:00

          24 aprel 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planının 6.2 bəndinin dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbir keçirildi.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Prokurorluğunun, Ucar Rayon Polis Şöbəsinin, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun, “Ucar Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin, vətəndaş cəmiyyəti institutlarının məsul şəxsləri, Ucar Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və ərazi üzrə bələdiyyələr iştirak etmişdir.

     Tədbiri Korrupsiyaya qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri, Ucar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov açaraq Tədbirlər Planının 6.2.-ci bəndində nəzərdə tutulmuş tapşırıqların icra vəziyyəti, bu sahədə görülmüş işlər və qaşıda duran vəzifələr barədə məlumat verdi.

          Tədbirdə Korrupsiyaya qarşı Mübarizə üzrə Rayon Komissiyasının katibi, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar Rayon Polis şöbəsi rəisinin şəxsi heyət üzrə köməkçisi Oruc Əzizov, Ucar Rayon Prokurorunun köməkçisi Əsab Musazadə və “Ucar Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin müdiri Kazım Məmmədov mövzu ətrafında çıxış etdilər.

          Tədbirin sonunda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planının 6.2 bəndinin dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə birgə fəaliyyətin bundan sonra da davam etdirilməsi qeyd olundu.

Keçidlər