Ucar Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi ilə bağlı dəyirmi masa keçirildi
12 yanvar 2026 | 16:49
12 yanvar 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli, 3696 nömrəli Sərəncamının 2.3.-cü bəndinə uyğun olaraq, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlılığın təmin edilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmış, təkliflər verilmişdir.






