Ucar Rayon İcra Hakimiyyətində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir
11 iyun 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin, Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin məsul əməkdaşları və rayon ziyalıları iştirak etmişlər.
Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova çıxış edərək qeyd etdi ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata keçirilmiş, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoymuşdur. Bu mühüm sənədə əsaslanaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilmişdir və həmin tarix hər il geniş şəkildə qeyd olunur.
Sonra Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsini rəisi Ülvi Cəbrayılzadə, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə ümumi şöbənin müdiri Abdulla Novruzov, Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin psixoloqu Sədaqət Soltanova mövzu ətrafında çıxış etdilər.
#HumanRightsMonth
#InsanHüquqlarıAylığı






