Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir

10 iyun 2026 | 14:24

          10 iyun 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin, Ucar Rayon İcra və Probasiya Şöbəsinin, Ucar Rayon Məhkəməsinin, mədəniyyət müəssisələrinin məsul əməkdaşları və rayon ziyalıları iştirak etmişlər.

          Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Xəyyam Səmədzadə çıxış edərək qeyd etdi ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata keçirilmiş, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılmışdır.

          Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoymuşdur. Bu mühüm sənədə əsaslanaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilmişdir və həmin tarix hər il geniş şəkildə qeyd olunur.

          Sonra Ucar Rayon İcra və Probasiya Şöbəsinin rəisi Rahim Mustafayev, Ucar Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların profilaktiki işin təşkili qrupunun inspektoru Sahil Məmmədli, Ucar Rayon Məhkəməsinin sədrinin köməkçisi Seyfəddin Məmmədov, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin baş kitabxanaçası Aysel Vəzirova mövzu ətrafında çıxış etdilər.

#İnsanHüquqları

Keçidlər