Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətində kikboksinq idman növü üzrə XXX Azərbaycan birinciliyində 55 kq çəki dərəcəsində çıxış edərək gümüş medal qazanan Ağayeva Zəminə Xəyal qızı və Respublika Fənn Müsabiqələrinin final turunda kimya fənni üzrə bürünc medal qazanan Teymurov Niyazi Səfər oğlu ilə görüş keçirilmişdir.

09 iyul 2026 | 11:27

          09 iyul 2026-cı il tarixində Ucar Rayon İcra Hakimiyyətində 18-21 iyun 2026-cı il tarixlərində Gəncə şəhərində keçirilən kikboksinq idman növü üzrə XXX Azərbaycan birinciliyində 55 kq çəki dərəcəsində çıxış edərək gümüş medal qazanan Ağayeva Zəminə Xəyal qızı, onun məşqçi-müəllimi Rüstəmov Ramo Rüstəm oğlu, həmçinin Respublika Fənn Müsabiqələrinin final turunda kimya fənni üzrə bürünc medal qazanan Teymurov Niyazi Səfər oğlu və onun müəllimi Teymurova Surə İntizam qızı ilə görüş keçirilmişdir.

          Görüşdə çıxış edən Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək bildirdi ki, müasir və müstəqil Azərbaycanın inkişaf strategiyasında təhsil və idman sahələri hər zaman dövlət siyasətinin prioritet istiqamətləri olmuşdur. Rayonumuzda qeyd olunan sahələrdə qazanılan uğurlar bu diqqət və qayğının bariz nümunəsidir. Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı idman və təhsil sahələrində uğur əldə etmiş qalibləri təbrik etmişdir.

          Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmaova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar Rayon Gənclər və İdman Sektorunun müdiri Əhliman İbrahimov, Ucar Rayon Təhsil Sektorunun müdiri İsmayıl Məhəmmədov, Ucar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin kimya müəllimi Surə Teymurova və məşqçi-müəllim Ramo Rüstəmov çıxış etdilər.

          Sonda yüksək nəticə qazanan Ağayeva Zəminə Xəyal qızına və onun məşqçi-müəllimi Rüstəmov Ramo Rüstəm oğluna, Teymurov Niyazi Səfər oğluna və onun müəllimi Teymurova Surə İntizam qızına Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olundu.

Keçidlər