Ucar Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamının icrası ilə əlaqədar korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı tədbir keçirildi
14 aprel 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamının icrası ilə əlaqədar korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun, “Ucar Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin, vətəndaş cəmiyyəti institutlarının məsul şəxsləri, Ucar Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və ərazi üzrə bələdiyyələr iştirak etmişdir.
Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov giriş sözü ilə açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır. Milli Fəaliyyət Planında əks olunmuş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın aşkar olunmasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir. Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdir. Ona görə də hər bir məmur və dövlət qulluqçusu öz fəaliyyətlərində korrupsiya risklərinin azaldılması, korrupsiya və rüşvətxorluq kimi neqativ hallara yol verməməli və bu sahədə üzərilərinə düşən vəzifələri vicdanlı, qərəzsiz və qanunamüvafiq şəkildə yerinə yetirməlidirlər.
Tədbirdə Korrupsiyaya qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri, Ucar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru İlqar Mustafayev, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Rayon İcra Hakimiyyəti Başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Şərifov və Ucar bələdiyəsinin sədri Əkbər Məhərrəmov mövzu ətrafında çıxış etdilər.
Tədbirin sonunda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamının icrası ilə əlaqədar korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı dövlət qurumları, publik hüquqi şəxslər, qeyri-hökumət təşkilatları və bələdiyələrin birgə fəaliyyəti davam etdirməsi və bu sahədəki qanunvericiliyə tam əməl olunmasının zəruriliyi qeyd olundu.






