Ucar Rayon İcra Hakimiyyətində məişət zorakılığı ilə mübarizəyə dair maarifləndirici tədbir keçirildi.
24 aprel 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətində məişət zorakılığı ilə mübarizəyə dair maarifləndirici tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Prokurorluğunun, Ucar Rayon Polis Şöbəsinin, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorunun əməkdaşları, Ucar Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və ərazi üzrə bələdiyyələr iştirak edib.
Tədbiri Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri, Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq monitorinq qrupunun həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar Rayonu üzrə Təhsil Sektorunun metodisti Rəna Cəfərova, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə ümumi şöbənin müdiri Abdulla Novruzov, Ucar Rayon İcra Hakimiyyəti Başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Şərifov, Ucar bələdiyyəsinin sədri Aslan Əhmədli mövzu ətrafında çıxış etdilər.