Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilmişdir

16 may 2024 | 11:58

          16 may 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, idarə müəssisə və təşkilatların məsul şəxsləri, rayon ziyalıları iştirak edib.

          Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil dövlətimizin qüdrətinin yüksəldilməsi naminə apardığı ardıcıl və qətiyyətli daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzu və beynəlxalq aləmdə mövqeyi günü-gündən möhkəmlənir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cabir Hacıyev, Ucar şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Rüfanə Həşimova, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Müşviq Məmmədov, Ucar şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Elnarə Mursalıyeva mövzu ətrafında çıxış etdilər.

Keçidlər