Ucar Rayon İcra Hakimiyyətinin, təhsil işçilərinin, hüquq mühafizə orqanlarının iştirakı ilə tədbir keçirilmişdir
26 sentyabr 2025 | 14:42
25 sentyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin, təhsil işçilərinin, hüquq mühafizə orqanlarının iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə azyaşlılar arasında hüquqpozmalar, onların aradan qaldırılması və bununla bağlı əlaqədar təşkilatların birgə fəaliyyəti müzakirə edilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Ucar Rayon Polis Şöbəsinin rəisi Valik Vəlimətov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyev və digər şəxslər çıxış etdilər.






