Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirildi

08 noyabr 2022 | 13:46

              Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

          Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Şəhidlər Xiyabanı ziyarət edilib.

          Tədbirdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

          Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov açaraq 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. O, qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.

          Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, şəhid Təhmiraz Cavadovun anası Xəysə Cavadova, şəhid Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Vətən müharibəsi əlili Ayaz Həsənli Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıblar.

          Tədbir çərçivəsində Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

          Tədbir müxtəlif kompozisiyalar və konsert proqramı ilə davam etdirildi.

Keçidlər