Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında "Çətin həyat şəraitinə düşmə riski olan ailələrdə böyüyən uşaqlarla aparılan işin təkmilləşdirilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib
02 sentyabr 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planının 8.5.2-ci “Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması məqsədilə beynəlxalq təcrübənin, innovativ texnoloji həllərin öyrənilməsi və tətbiqi ilə əlaqədar tədbirlərin görülməsi” bəndinin icrası ilə əlaqədar "Çətin həyat şəraitinə düşmə riski olan ailələrdə böyüyən uşaqlarla aparılan işin təkmilləşdirilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak etmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictiami-siyasi məslələr şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Sevil Zeynalova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemininin direktoru Bəsirə Abbasova və kitabxananın əməkdaşları Zərəfşan Əliyeva, Ulduz Abdullayeva, Əsmər Ələkbərzadə, Zərifə Gülüşova mövzu ətrafında çıxış etdilər.






