Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Gənclər evi Sosial Xidmət Müəssisəsində 25 may 2026-cı il tarixdə “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Şükür Məmmədov giriş sözü ilə açaraq qeyd etdi ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoyub. Bu mühüm sənədə əsaslanaraq, Prezident cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilib və həmin tarix hər il qeyd olunur. Ombudsman tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun tarixləri “İnsan hüquqları aylığı” elan olunur. Aylıq çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi həyata keçirilir.
Mövzu ətrafında Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi Hüsniyə Səlimova, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin baş fond mühafizi Kəmalə Hacıyeva çıxış etdilər. Sonda tədbir diskussiya şəklində davam etdirildi, iştirakçıların sualları cavablandırıldı.
İnsanHüquqları






