Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Polis şöbəsi 02 iyul 2023-cü il tarixdə Azərbaycan Polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirmişdir

02 iyul 2023 | 10:43

          Ucar rayon İcra Hakimiyyəti Başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin şəxsi heyəti ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydu.

          Daha sonra rayon Polis şöbəsinin şəxsi heyəti Dövlət Himnini oxudu.

          Polislərin peşə bayramına həsr olunmuş iclası açan rayon Polis şöbəsinin rəisi, polis-polkovniki Valik Vəlimətov 1998-ci ildən Ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə iyulun 2-nin Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdırdı.

          Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirdi.

          Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək Azərbaycan polisinin 105 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, ölkəmizdə müstəqilliyin və daxili zabitliyin təmin olunmasında mühüm rol oynadığı bildirməklə, peşə bayramı münasibətilə rayon Polis şöbəsinin şəxsi heyətini təbrik etmişdir.

Keçidlər