Ucar rayon Qarabörk kənd tam orta məktəbində “Konstitusiya və Suvernlik ili”nə həsr olunmuş tədbir keçirilmişdir
05 iyun 2025 | 14:04
Ucar Rayon İcra Hakimiyyəti Ucar rayon Qarabörk kənd tam orta məktəbində 05 iyun 2025-ci il tarixdə “Konstitusiya və Suvernlik ili”nə həsr olunmuş maarifləndirici tədbir keçirmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov, Ucar Rayon Polis Şöbəsinin rəis müavini Qoşqar Kazımov, Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov mövzu ətrafında çıxış etdilər.
Tədbirdə 35 şagird, 2 müəllim iştirak etmişdir. Tədbirin sonunda şagirdlərin mövzuya uyğun sualları cavablandırılmışdır.