Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Qarabörk kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Ağdam rayon 27 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmasının qarşısının alınması”, “Uşaq hüquqlarının qorunması”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilib

21 noyabr 2023 | 12:31

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayon Qarabörk kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Ağdam rayon 27 nömrəli tam orta məktəbində 21 noyabr 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmasının qarşısının alınması”, “Uşaq hüquqlarının qorunması”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri” və “Dini radikalizm”mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər