Ucar rayon Qazıqumlaq kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandasının Ucar Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif olunmaları haqqında
17 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və “Kapital Bank”ın dəstəyi ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Respublika kubokunun final mərhələsində Ucar rayon Qazıqumlaq kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdlərindən ibarət komanda dördüncü yeri qazandıqları üçün Ucar rayonu, Qazıqumlaq kənd 2 nömrəli tamorta ümumtəhsil məktəbin direktoru Elburus Baxşəliyev, ingilis dili müəllimi Mahmud Mustafayev, həmin məktəbin 7-ci sinif şagirdi Vaqif Əhmədli, 9-cu sinif şagirdi İlham Paşazadə, 10-cu sinif şagirdi Ayşə Seyidova, 9-cu sinif şagirdi Nəzrin Əzimzadə, 8-ci sinif şagirdi Aysu Çərkəzova, 8-ci sinif şagirdi İbrahim Əhmədli, 10-cu sinif şagirdi İbrahim Abdullayev Ucar Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif olunmuşlar.






