Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Qazyan kənd 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması”, “Məişət zorakılığının qarşısının alınması” və “Erkən və qohumlararası nikahların mənfi nəticələri” mövzularında maarifləndirici tədbir keçirilmişdir

24 aprel 2025 | 12:30

          Ucar Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayonu Qazyan kənd 1 nömrəli tam orta məktəbində 24 aprel 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması”, “Məişət zorakılığının qarşısının alınması” və “Erkən və qohumlararası nikahların mənfi nəticələri” mövzuları ilə bağlı şagirdlər maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmış və tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər