Ucar rayon Qazyan kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində “İnsan hüquqları aylığı çərçivəsində”, “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması” və “Məişət zorakılığının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayonu Qazyan kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində 9 iyun 2026-cı il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması”, “Məişət zorakılığının qarşısının alınması” mövzuları ilə bağlı şagirdlər maarifləndirilmişdir.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmış və tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.
İnsanHüquqları






