Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və tütünə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyəti və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində 12 iyun 2026-cı il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Sağlam həyat naminə narkotikə və tütünə yox deyək” və Dini radikalizm” və Erkən və qohumlararası nikahların mənfi nəticələri” mövzuları ilə bağlı şagird və müəllimlər maarifləndirilmişdir.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmış və tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.






