Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli”çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

28 noyabr 2025 | 14:36

          28 noyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları, müəllim və şagirdlər iştirak edib.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov çıxış edərək qeyd etdi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir.

          Daha sonra Ucar Rayon Polis Şöbəsinin rəis müavini Qoşqar Kazımov, Ucar rayon Qazyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Firadə Ələkbərova və Ucar rayon Qazyan kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi Arzu Xəlilova mövzu ətrafında çıxış etdilər.

Keçidlər