Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Rəstəcə kənd tam orta məktəbdə “Azyaşlı və yeniyetmələr”in zərərli vərdişlərdən çəkindirilməsi mövzularında maarifləndirici tədbir keçirilmişdir

30 aprel 2025 | 12:11

Ucar Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayon Rəstəcə kənd tam orta məktəbində 30 aprel 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Azyaşlı və yeniyetmələr”in zərərli vərdişlərdən çəkindirilməsi mövzuları ilə bağlı şagirdlər maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmış və tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər