Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Rəstəcə kənd tam orta ümumtəhsil məktəbində “Uşaq hüquqları”, “Qız uşaqlarının təhsildən yayınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir

19 may 2026 | 13:24

          Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya , Ucar Rayon Polis Şöbəsi ilə birlikdə Ucar rayon Rəstəcə kənd tam orta ümumtəhsil məktəbində 19 may 2026-cı il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Uşaq hüquqları”, “Qız uşaqlarının təhsildən yayınması” mövzuları ilə bağlı şagirdlər maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmış və tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər