Ucar rayon Təzə Şilyan tam orta məktəbdə “Məişət zorakılığı” və “Təhsildən yayınma” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya, Ucar Rayon Polis Şöbəsi, Ucar rayonu üzrə Gənclər və İdman sektoru və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölməsinin təşkilatçılığı ilə Ucar rayon Təzə Şilyan tam orta məktəbində 16 oktyabr 2024-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları, və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayon Təzə Şilyan tam orta məktəbində “Məişət zorakılığı” və “Təhsildən yayınma” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, qanunvericilik barədə onlara izahlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.






