Ucar rayon Yuxarı Şilyan kənd tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri”, “Uşaq hüquqlarının qorunması” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayonu Yuxarı Şilyan kənd tam orta məktəbində 12 mart 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin, əlaqədar dövlət qurumlarının məsul şəxsləri və Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxışlar edərək Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri”, “Uşaq hüquqlarının qorunması” və “Dini radikalizm” mövzuları ilə bağlı şagirdlər maarifləndirilmişdir. Tədbir iştirakçılarına bu sahədəki qanunvericilik, ölkəmizdə aparılan işlər və mövzulara uyğun məlumatlar verilmişdir. Tədbirdə müəllim və şagirdlərlə diskussiyalar aparılmış, məktəbin girişində asılmış fotostend və plakatlara baxış keçirilmiş, narkotiklərin və narkotik tərkibli bitkilərin tərkibi və mənşəyi barədə tədbir iştirakçılarına məlumatlar verilmiş və şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.